Azedu.az

Azərbaycanlı rəssam Fransa televiziyasında

2 Aprel 2018, 07:02
Azərbaycanlı rəssam Fransa televiziyasında

Fransanın “France3” telekanalında “Portret: istedadlı gənc rəssam Məryəm Ələkbərli” adlı reportaj yayımlanıb.

AzEDU Azərtac-a istinadən xəbər verir ki, Reportajda Məryəm Ələkbərlinin həyat və yaradıcılığından danışılıb. Gənc rəssamın Fransada təşkil edilmiş vernisajları, sərgiləri, eləcə də festivallarda iştirakı haqqında ətraflı məlumat verilib. İncəsənət tənqidçiləri, kuratorlar gənc rəssam Məryəmin əsərləri haqqında fikirlərini bölüşüblər.

“Havre Dimanche” jurnalında dərc olunmuş “Dovil : beynəlxalq istedadları tanımaq üçün ilk “Art Shopping” festivalı” sərlövhəli məqalədə gənc rəssam Məryəm Ələkbərli haqqında məlumat verilib, dünyanın müxtəlif ölkələrində vernisajlarının və sərgilərinin təşkil edildiyi diqqətə çatdırılıb.

Xameneiyə ŞOK XƏBƏRDARLIQ - Hazır ol, ö*ldürüləcəksən!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox