Azedu.az

Regionlarda neçə şagird 11-ci sinfi bitirir? - RƏQƏMLƏR

Region təhsili

11 İyun 2026, 15:12
Regionlarda neçə şagird 11-ci sinfi bitirir? - RƏQƏMLƏR

2025-2026-cı tədris ilində regionlarda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 11-ci sinifi bitirəcək şagirdlərin sayı müəyyənləşib.

Maraqlıdır, 2025-2026-cı tədris ilində regionlarda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində neçə şagird 11-ci sinifi bitirir?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı regional idarələrə sorğu ünvanlayıb. 

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, bu il 6167 nəfər məzun olacaq. Onların 3225-i qız, 2942-si isə oğlandır.

Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə buraxılış siniflərini 2691 şagird başa vurur. Məzunların 1239-u qız, 1452-si oğlandır.

Mərkəzi Aran Regional Təhsil İdarəsində 6813 şagird məzun adını qazanır. Bu göstəricinin 3402 nəfərini qızlar, 3411 nəfərini oğlanlar təşkil edir.

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 4841 şagird buraxılış sinfini bitirir. Onlardan 2230-u qız, 2611-i oğlandır.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsində məzun sayının 3883 nəfər olacağı gözlənilir. Bu şagirdlərin 1799-u qız, 2084-ü isə oğlandır.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə 14924 şagird buraxılış sinfini başa vurur. Qız və oğlanlar üzrə bölgü təqdim edilməyib.

Lənkəran-Astara Regional Təhsil İdarəsində IX sinfi 11997 şagird tamamlayır ki, onların 5551-i qız, 6 446-sı oğlandır. Eyni zamanda, XI sinif üzrə 8 235 məzun var; bunların 3 800-ü qız, 4 435-i isə oğlandır.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əhatə etdiyi məktəblərdə 5935 şagird məzun olur. Onların 2 982-si qız, 2 953-ü oğlandır.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində ümumilikdə 51741 şagird təhsil pilləsini uğurla başa vurur.

Beləliklə, regionlarda ümumi təhsil müəssisələrini bitirəcək şagirdlərin sayı hər il olduğu kimi, müxtəlif bölgələr üzrə fərqlilik göstərir və Abşeron- Xızı regionu ən çox məzun verən bölgədir.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi üzrə 37222 şagird 11-ci sinifi bitirir.

Ukrayna DARMADAĞIN EDİR - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox