Azedu.az

“II cəhd asan olacaq” deyənlərə vacib XƏBƏR - həqiqət fərqlidir

Qəbul imtahanları

9 İyun 2026, 10:23
“II cəhd asan olacaq” deyənlərə vacib XƏBƏR - həqiqət fərqlidir

Ötən günlərdə I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib. İmtahandan sonra abituriyentlərin bəziləri sualların qəliz olmasından gileylənib.

Hər iki qrup üzrə çətinlik səviyyəsinin yüksək olduğunu bildirən gənclər artıq son ümidlərini ikinci şans imtahanına bağlayıblar. Abituriyentlər arasında belə bir rəy formalaşıb ki, ilk mərhələ çətin olduğundan, ikinci şans imtahanı daha rahat keçəcə bilər.

Maraqlıdır, bu düşüncə reallığı nə dərəcədə əks etdirir? 

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Vüsət Əzizov açıqlama verib. 

184768

Abituriyentlər bəzən ikinci cəhdin daha asan olacağını düşünürlər, lakin bu belə deyil:

"Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə birinci cəhd keçirilib. İmtahanda hər fənn üzrə namizədlərə 30 test tapşırığı təqdim olunur və bu suallar asan, orta, çətin olmaqla müvafiq səviyyələrə bölünərək hazırlanır.

Abituriyentlər bəzən ikinci cəhdin daha asan olacağını düşünürlər, lakin bu belə deyil. Qeyd etdiyim kimi, hər bir imtahanın sualları çətinlik dərəcəsinə görə balanslaşdırılır və imtahanların ümumi səviyyəsi demək olar ki, eyni olur.

İkinci cəhd imtahanlarının iyul ayında keçirilməsi abituriyentlərə təxminən bir aylıq əlavə vaxt qazandırır. Təbii ki, bu bir ay müddətində gənclər daha yaxşı hazırlaşaraq nəticələrini yüksəldirlər. Bu da onlarda psixoloji olaraq "ikinci cəhd imtahanı daha asan düşdü" fikrini formalaşdırır. Digər tərəfdən, valideynlər arasında belə bir şayiə də gəzir ki, guya ikinci cəhd ödənişli (50 manat) olduğu üçün Dövlət İmtahan Mərkəzi sualları qəsdən asanlaşdırır birinci cəhd isə pulsuz olduğundan suallar çətin tərtib edilir ki, daha çox abituriyent ödəniş edib ikinci imtahanda iştirak etsin.

Təbii ki, qeyd etdiyim kimi, bu iddialar heç bir həqiqəti əks etdirmir. Bütün suallar hazırlanarkən əvvəlki illərin göstəriciləri ilə müqayisələr aparılır və çətinlik səviyyəsi eyni qaydada asan, orta və çətin şəkildə balanslaşdırılır. Hər bir halda, bütün abituriyentlərə tövsiyə edirəm ki, II cəhddə iştirak edib nəticələrini yüksəltsinlər".

Bakıda əhaliyə Ukraynaya görə XƏBƏRDARLIQ - Bunu etməyin!
Son xəbərlərDaha çox