Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-23 20:12:00
DİM müəllimlər üçün seminarları davam etdirir

Azərbaycan dili, ingilis dili, kimya, fizika fənləri üzrə hazırlıq kurslarının 2-ci dərsi keçirilib. Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a verilən məlumata görə, moderatorlar yeni təhsil proqramları (kurikulumlar) əsasında qiymətləndirmə vasitələrinin hazırlanması və tapşırıqların formalarına aid təqdimatlarla çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.

İngilis dili fənni üzrə elmi-metodik seminarda 299 nömrəli məktəb-liseyin müəllimi İlhamə İsmayılova 7-ci sinif “English” dərsliyinin məzmunu haqqında təqdimatla çıxış edib.

 

Azərbaycan dili fənni üzrə elmi-metodik seminarda Qubadlı rayonu, Fərcan kənd tam orta məktəbin müəllimi Ədalət Əsədovun 5-ci sinif “Azərbaycan dili”, Bakı şəhəri 20 nömrəli tam orta məktəbin müəllimi Aytəkin Xəlilovanın 6-cı sinif “Azərbaycan dili” dərsliklərinin məzmunu haqqında təqdimatları dinlənilib.

 

Kimya fənni üzrə elmi-metodik seminarda kimya üzrə fəlsəfə doktoru Elşad Abdullayev 8-ci sinif “Kimya” dərsliyinin məzmununa aid təqdimatla çıxış edib.

 

Fizika fənni üzrə elmi-metodik seminarda 8-ci sinif “Fizika” dərsliyinin məzmunu haqqında Bakı şəhəri 9 nömrəli tam orta məktəbin müəllimi Sona Hacılının təqdimatı olub.

 

Rus dili fənni üzrə elmi elmi-metodik seminarda isə 7-ci sinif “Ədəbiyyat (rus bölməsi)” dərsliyinin məzmunu haqqında Bakı şəhəri “Elitar” Gimnaziyanın müəllimi Olqa Yevtuşenkonun təqdimatı dinlənilib.

 

Müzakirələrdə Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər. Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələr hazırlanması, tövsiyələrin test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul olunub.

 

Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.