Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-23 12:28:00
IELTS və TOEFL - a hazırlaşdıran kurslar tələbələri necə aldadır? – Mütəxəssislərin tövsiyələri  

Bütün dünyada olduğu kimi, ölkəmizdə də xaricdə təhsil almaq istəyən gənclər var. Kimisi, ABŞ, kimisi Avropa ölkələri, kimisi də İngiltərə və digər yerlərdə təhsil almağı hədəf seçib.

 Xaricdə təhsilin ilkin mərhələsi də ingilis dilini öyrənib, beynəlxalq TOEFL və ya IELTS imtahanlarından birinin sertifikatını əldə etməkdir.

Bəzən, gənclərimiz bu imtahanlardan sertifikat əldə etmək üçün kurslara üz tutsalarda  təcrübəsiz müəllimlərə tuş gəlirlər...

AzEdu.az bununla bağlı yazını təqdim edir:

IELTS müəllimi Elşad Vəliyevin sözlərinə görə, Beynəlxalq İngilis dili imtahanı –İELTS-yətələbat artdığı üçün kursların çoxu insanların bilgisizliyindən sui-istifadə edir:

“Bəzi hazırlıq kurslarında işini bilən müəllim azdır.  Amma IELTS və ya TOEFL imtahanlarının sertifikatını əldə etmək istəyənlər çoxdur. Tələbələr ilk növbədə məlumat toplayaraq hazırlıq kurslarına üz tutsunlar. Yəni onlar öncədən müəllimin neçə il təcrübəyə sahib olduğunu, tələbələrinin uğurlarını öyrənsinlər.

Ümumiyyətlə, əsl müəllim olmaq üçün bu sənəti ətraflı bilməklə yanaşı,  biliyi  çatdırmaq  da vacibdir. Onu da qeyd edim ki, metodikanı yaxşı bilən müəllim uğur qazanır”.

Xaricdə təhsil üzrə mütəxəssis Fuad Hacıyev bildirib ki, insanların bilgisizliyindən sui-istifadə edən bəzi kurslar  daim olub və olacaq:

“Azərbaycanda fəaliyyət göstərən bəzi kursları tələbələrin nəticəsi maraqlandırmır. Xaricdə təhsil üzrə məqalələr çap edərək, uğurlu müəllimlərin təbliğatına köməklik göstərməklə sui-istifadələrin qismən qarşısını ala bilərik.  Onu  da qeyd edim ki, tələbələr IELTS sertifikatı olmayan müəllimlərə  çox etimad etməsinlər”. 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları