Azedu.az

Azərbaycanlı gənc eyni anda 3 nüfuzlu universitetdən qəbul ald

Tələbələr

22 May 2026, 08:56
Azərbaycanlı gənc eyni anda 3 nüfuzlu universitetdən qəbul ald

Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” (tədrisi ingilis dilində) ixtisası üzrə ilk məzunlarından olan Tuncay Ələkbərov magistratura təhsili üzrə dünyanın nüfuzlu ali təhsil müəssisələrindən qəbul təklifi alıb.

AzEdu.az xəbər verir ki, universitetin ilk ingilisdilli tələbə məzunu Tuncay Ələkbərov eyni vaxtda üç nüfuzlu ali təhsil müəssisəsindən qəbul təklifi ilə bağlı məktub alaraq beynəlxalq səviyyədə diqqətçəkən nəticə əldə edib.

Gənc məzun ABŞ-nin Kaliforniya Universitetinin iqtisadiyyat üzrə magistr proqramına, Böyük Britaniyanın Edinburq Universitetinin Riyazi iqtisadiyyat və ekonometrika üzrə magistr proqramına, eləcə də Mançester Universitetinin iqtisadiyyat üzrə magistr proqramına qəbul olub.

Qeyd edək ki, hazırda o, NDU-nun Satınalma və təchizat sektorunun mütəxəssisi kimi fəaliyyət göstərir.

İran Bakını HƏDƏLƏDİ - Zəngəzuru unudun, yoxsa...
Son xəbərlərDaha çox