Azedu.az

6 paytaxt məktəblisi müsabiqədə fərqlənib

Şagirdlər

12 May 2026, 12:26
6 paytaxt məktəblisi müsabiqədə fərqlənib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində 6 paytaxt məktəblisi fərqlənib.

AzEdu.az xəbər verir ki, IX-XI sinif şagirdləri arasında təşkil olunan “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblər üzrə 2 nəfər I, 1 nəfər II, 3 nəfər III yerə layiq görülüb.

Belə ki, 26 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Ayan Əliyeva, Heydər Əliyev adına liseyin X sinif şagirdi Zəhra Cabbarlı I, Bakı şəhəri 121 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi Canbaba Heydərov II, 299 nömrəli məktəb-liseyin X sinif şagirdi Əli Şükürlü, 216 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Zəhranur Babazadə, 264 nömrəli məktəb-liseyin XI sinif şagirdi Zəhra Hacıbabayeva III yeri tutublar.

Qeyd edək ki, müsabiqənin əsas məqsədi Ulu Öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.

ŞOK GÖRÜNTÜLƏR! Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox