Azedu.az

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

Şagirdlər

9 May 2026, 11:26
Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

Şagirdlərimiz 43-cü Balkan Riyaziyyat Olimpiadasında (BMO 2026) uğurla çıxış ediblər.

AzEdu.az xəbər verir ki, olimpiadada ölkəmizi təmsil edən komanda 3 bürünc medal qazanıb.

Yunanıstanın Saloniki şəhərində keçirilən olimpiadada Bakı şəhər 287 nömrəli “Zəkalar” liseyinin 10-cu sinif şagirdi Fərhad İskəndər, həmçinin Bakı şəhər Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 9-cu sinif şagirdi Ayxan Əsədzadə və 10-cu sinif şagirdi Tunar Həsənzadə bürünc medal qazanıblar.

Şagirdlərimizi təbrik edir, onlara daha böyük nailiyyətlər arzulayırıq.

Xəzərdə dəhşətli silahlar işə düşdü - Rusiyaya ağır zərbələr
Son xəbərlərDaha çox