Azedu.az

İki bacı RFO-dan medal qazandı

Şagirdlər

7 May 2026, 11:12
İki bacı RFO-dan medal qazandı

Şirvan-Salyan regionunda iki bacı Respublika fənn olimpiadalarının qalibi olub. 

AzEdu.az xəbər verir ki, onlar Neftçala rayonu Xıllı qəsəbə Faruq Quliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi Aynaz İmanlı və Neftçala rayonu Aşağı Qaramanlı kənd ümumi orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi Selcan İmanlıdır.

Aynaz İmanlı fizika üzrə gümüş, Selcan İmanlı isə biologiya üzrə isə qızıl medala sahib olub. 

Qeyd edək ki, A.İmanlı V sinifdə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının finalçısı, VI sinifdə Respublika fənn müsabiqəsinin riyaziyyat üzrə (RFM) finalçısı, VII sinifdə isə fizika üzrə qızıl medalçısı olub.

S.İmanlı V sinifdə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının, VI sinifdə riyaziyyat üzrə RFM-in finalçısı, VII sinifdə biologiya fənni üzrə RFM-in bürünc medalçısı, VIII sinifdə isə RFO-da biologiya fənni üzrə yarımfinal iştirakçısı olub.

Xəzərdə dəhşətli silahlar işə düşdü - Rusiyaya ağır zərbələr
Son xəbərlərDaha çox