Azedu.az

Bu olimpiadalara buraxılış vərəqələri verilir

Şagirdlər

27 Aprel 2026, 17:27
Bu olimpiadalara buraxılış vərəqələri verilir

Aprelin 27-dən etibarən Respublika Fənn Müsabiqələrinin və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının yarımfinal mərhələsinin buraxılış vərəqələrinin verilməsinə başlanılıb.

Bu barədə AzEdu.az-a ARTİ-dən məlumat verilib.

Yarımfinalda iştirak hüququ qazanmış şagirdlər portal.edu.az saytına daxil olaraq buraxılış vərəqələrini yükləyə bilərlər.

Buraxılış vərəqəsi əldə etməkdə çətinlik çəkən şagirdlərin təhsil aldıqları ümumi təhsil müəssisələri və ya yerli təhsil idarəetmə orqanlarına müraciət etmələri xahiş olunur.

Yarımfinal mərhələsi 2 may 2026-cı il tarixində keçiriləcək. Bu mərhələdə şagirdlər 120 dəqiqə ərzində müvafiq istiqamətlər üzrə 25 qapalı tipli test tapşırığına cavab verməlidirlər.

Qeyd edək ki, imtahana mobil telefon, ağıllı saat, qulaqlıq və digər rabitə vasitələri gətirmək qadağandır. Mərkəzə daxil olarkən bu vasitələrin içəri buraxılmasına icazə verilməyəcək. İmtahan mərkəzində bu əşyaların saxlanılması üçün yer nəzərdə tutulmayıb. Sadəcə kimya fənnindən imtahan verən şagirdlər kalkulyator gətirə bilərlər.

Bakıda əhaliyə ŞOK XƏBƏRDARLIQ - Telefonla danışmayın, TƏHLÜKƏ VAR!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox