Qax rayonunda buraxılış imtahanında ən yüksək nəticəni şəhid övladı toplayıb.
AzEdu.az xəbər verir ki, bu barədə Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyi Feysbuq hesabında paylaşım edib.
Bildirilib ki, XI sinif şagirdi Sənan Məmmədzadə imtahanda 285 bal toplayıb.
Məlumata görə, Sənan Məmmədzadə Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Sadiq Məmmədovun övladıdır.
Qeyd olunur ki, o, daha əvvəl IX sinif buraxılış imtahanında da 300 bal üzərindən 297,8 bal toplayaraq rayon birincisi olub.