Azedu.az

Kimlər dövlət qulluqçusu ola bilər? - ŞƏRTLƏR

Kolleclər

22 Aprel 2026, 12:20
Kimlər dövlət qulluqçusu ola bilər? - ŞƏRTLƏR

Dövlət qulluğuna qəbul qaydaları namizədlərin təhsil səviyyəsinə görə müəyyən məhdudiyyətlər nəzərdə tutur. Bu baxımdan, kollec (orta ixtisas) məzunlarının dövlət qulluğunda iştirak edib-etməməsi məsələsi tez-tez müzakirə olunur.

Maraqlıdır, kollec məzunu olan şəxslər dövlət qulluqçusu ola bilərmi?

Mövzu ilə bağlı AzEdu.az Dövlət İmtahan Mərkəzinə sorğu ünvanlayıb.

DİM-dən sorğumuza cavab olaraq bildirilib ki, inzibati vəzifələrdə işləyə bilmək üçün ali təhsil tələb olunur:

"Yardımçı (bağban, xadimə, gözətçi və s.) vəzifələrdə çalışmaq üçün ali təhsil tələb olunmur. Həmin vəzifələrə qəbul imtahanla aparılmır. 27.1. maddəyə əsasən, Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır. 27.2. maddəyə görə, hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallarda qəbul edilə bilməz. 

Onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə,məhkumluğu ödənilməmiş və ya götürülməmişsə, 27.2.3. bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa və qanunvericiliklə müəyyən edilmiş başqa hallarda. Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmaması qabaqcadan yoxlanılır. Yoxlamanın qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəxsi (ailə) həyatın təfsilatı yoxlanmamalıdır".

Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox