Azedu.az

Ən gərgin rəqabət bu ixtisas qrupunda OLACAQ

İmtahanlar

21 Aprel 2026, 12:22
Ən gərgin rəqabət bu ixtisas qrupunda OLACAQ

"Müraciət sayında I qrup liderliyini qoruyur, II və III qruplar arasında isə cüzi fərqlə gərgin mübarizə gedəcək". 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev (Əfəndi) qeyd edib.

"Hər il birinci ixtisas qrupu üzrə müraciət sayında çoxluq müşahidə olunur. Bu il də ən çox müraciətin birinci qrupda qeydə alınacağı gözlənilir; həm kimya, həm də informatika alt qruplarında. Bu isə o deməkdir ki, hər iki alt qrup üzrə rəqabət və müsabiqə vəziyyəti gərgin olacaq. Ehtimal edirəm ki, birinci ixtisas qrupunda qeydiyyatdan keçən abituriyentlərin sayı təxminən 35 min nəfərə yaxın olacaq.

Sonrakı mərhələdə, ehtimala görə, ikinci və üçüncü qruplar arasında rəqabət gedəcək. Güman olunur ki, üçüncü qrup üzrə müraciət sayı cüzi fərqlə ikinci qrupdan daha çox olacaq. Daha sonra isə müraciət sayına görə beşinci qrup, onun ardınca isə dördüncü qrup gəlir".

Blok imtahanında yüksək nəticələr qeydə alındığı təqdirdə, bu, I qrup üzrə ixtisasların keçid ballarına da təbii şəkildə təsir göstərəcək:

"Birinci qrupa gəldikdə isə, burada abituriyentlər əsasən texnoloji və texniki ixtisaslara, o cümlədən kimya yönümlü sahələrə maraq göstərirlər. Onlar, əlbəttə ki, bu qrupda yüksək nəticələr əldə etdikləri halda, bu amil həmin ixtisasların keçid ballarına da təsir edir - hər iki alt qrup üzrə.

Hazırda isə onları 7 iyun tarixində blok imtahanı gözləyir. Bildiyiniz kimi, buraxılış imtahanını artıq veriblər. Blok imtahanında yüksək nəticələr qeydə alındığı təqdirdə isə, təbii olaraq, bu ixtisasların keçid ballarına da təsir göstərəcək".

Abituriyentlər blok imtahanına daha məsuliyyətlə yanaşmalıdırlar ki, mövcud plan yerləri uğrunda mübarizə apararkən real qəbul şanslarını əldən verməsinlər:

"Keçid ballarının artımı isə yalnız müsabiqə elan olunduqdan sonra məlum olacaq. Dövlət İmtahan Mərkəzi tərəfindən açıqlanan ümumi say statistikasına əsasən abituriyentlər, əlbəttə ki, çətin seçim strategiyası ilə üz-üzə qala bilərlər və ya əksi baş verə bilər. Bu isə, yenə deyirəm, blok imtahanı nəticəsindən asılı olaraq veriləcək qərar olacaq.

Amma ümumilikdə iştirakçı sayının çoxluğu, əlbəttə ki, xüsusilə də yüksək bal toplayan abituriyentlərin sayı artarsa, bu ixtisasların keçid ballarında daha çox artım müşahidə olunur ki, bu da bir yer uğrunda 4-5, bəzən 6 abituriyentin mübarizə aparması deməkdir. Ona görə abituriyentlər blok imtahanına daha məsuliyyətlə yanaşmalıdırlar ki, mövcud plan yerləri uğrunda mübarizə apararkən real qəbul şanslarını əldən verməsinlər”.

Xameneidən şok qərar - Amerika küçələrində q*anlar töküləcək!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox