Azedu.az

Ombudsman məhkumların ali təhsil imtahanına qatılmasını tövsiyə etdi

İmtahanlar və qəbul məsələləri

27 Fevral 2026, 09:20
Ombudsman məhkumların ali təhsil imtahanına qatılmasını tövsiyə etdi

Yetkinlik yaşına çatmayan məhkumlara ali məktəblərə qəbul imtahanında iştirak imkanı yaradılması tövsiyə olunur.

AzEdu.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Məruzəyə əsasən, yetkinlik yaşına çatmayan məhkumların, habelə xüsusi ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş məhkumların ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edə bilmələri üçün mexanizmin hazırlanması tövsiyə edilir.

Eyni zamanda törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri nəzərə alınmaqla, məhkum edilmiş şəxslərin cəza çəkdikləri müddət ərzində ixtisas və peşə bacarıqlarına uyğun olaraq müvafiq sahələrə cəlb olunmaları (peşəsi ilə bağlı cinayət əməlinə görə məhkum edilməyibsə), onların bilik və bacarıqlarından səmərəli qaydada istifadə edilməsi, bununla da həmin məhkumların islah prosesinin effektivliyinin artırılması üzrə tədbirlərin görülməsi vacib sayılır.

Ermənistanda şok hazırlıq - Bu halda Azərbaycanla müharibə başlayır
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox