Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-13 15:16:00
Şagird və müəllimlərin çoxdan gözlədiyi kitab nəşr olundu

Uzunmüddətli çalişmalardan sonra Global Theacher Prize beynəlxalq müəllim mükafatının qalibi, gənc müəllim Məhəmməd Qarakişiyev və DİM-in markerlik kursunu keçən müəllim Raqif Mərdanov valideyn və şagirdlərin çoxdan gözlədiyi kitabın I nəşrini çıxarıblar.

Məhəmməd müəllim AzEdu.az-a açıqlamasında bildirib ki, təhsilimizin, eyni zamanda tələbələrimizin bilik və bacarıqlarının daha da yüksəldilməsi üçün ata biləcəyimiz addımlar məni düşündürən məsələlərdəndir:

 “DİM-in 2019- cu ildə ilk dəfə 9 və 11-ci siniflər üçün keçirəcəyi buraxılış imtahanlarında Dinləmə və oxu bacarıqları yoxlayacağı  hər kəsə məlumdur. Bütün bunları nəzərə alaraq kitab nəşr etdirmək qərarına gəldim. Dinləmə və oxu qabiliyyətlərinin inkişafı üçün internet və digər resurslardan istifadə imkanları var. Amma,  müşahidə etdim ki, bu əksər məktəblərdə pərakəndə şəkildə aparılır. Yəni, müəllimlər və şagirlər resursların, test banklarının olmamasından əziyyət çəkirlər. Sonda qərar verdim ki,  kitab hazırlayaq. Nəhayət, uzun  müddətli çalışmamızdan sonra bu kitabın I nəşrinə nail ola bildik”.

O vurğulayıb ki, bu Azərbaycanda ilk olaraq CD ilə (audio dinləmə) təhciz olunan, eyni zamanda özündə bir çox oxu materiallarını əhatə edən və ən əsası kurikuluma uyğun  kitabdır:

“Yenə də xatırladım ki, şagird və müəllimlərimizə təqdim olunan bu kitab  buraxılış imtahanlarına hazırlaşan şagirdlər üçün dinləmə və oxu testlərini əhatə edərək hazırlanıb. Eyni zamanda şagirdlərin söz ehtiyatının artırılmasında çətinliklərini nəzərə alaraq "Lüğət" hissəsini də əlavə etdik ki, bu da öz növbəsində onların söz bazasının formalaşmasına təsir  göstərəcək. Belə bir kitabın nəşri Azərbaycanımızın bölgələrində və paytaxt Bakıda böyük səbirsizliklə gözlənilirmiş. Bunu mənə gələn təbrik və təşəkkürlərdən belə hiss edirəm. Kitabımızın bütün Azərbaycan şagird və müəllimləri üçün faydalı olacağına ümid edirəm və verə bildiyimiz töhfəyə görə çox məmnunam. Bütün şagirdlərə gələcək imtahanlarda və həyatlarında müvəffəqiyyətlər arzu edirəm !”

Xatırladaq ki, Məhəmməd Qarakişiyev Global Theacher Prize beynəlxalq müəllim müsabiqəsində top 50-liyə düşməyi bacaran yeganə azərbaycanlı müəllimdir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları