![](https://azedu.az/uploads/news/2019/01/azedu.az_piyada_zolaqi_170918_02_558.jpg)
Bakı Nəqliyyat Agentliyi orta məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyinin artırılması ilə bağlı tədbirlər davam etdirir.
AzEdu.az xəbər verir ki, bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, orta məktəblərin ətrafında piyada zolaqları yenilənir:
"Təkcə son bir ayda daxil olan vətəndaş müraciətləri və aparılan təhlillər nəticəsində 30-dan artıq orta məktəbin ətrafında piyada zolaqları yenilənib. Bununla yanaşı, 7, 8, 18, 23, 46, 160 nömrəli orta məktəblərin və Elitar Gimnaziyanın ətrafında yol hərəkətinin təhlükəsizliyinin artırılması ilə bağlı layihə hazırlanıb. Bu il ərzində icra ediləcək layihələrin reallaşması nəticəsində qeyd edilən təhsil müəssisələrinin ətrafında yol hərəkəti yaxşılaşdırılacaq, piyadaların, xüsusilə, uşaqların təhlükəsizliyinin təmin edilməsinə imkan verən zəruri infrastruktur təşkil ediləcək".
M.Ağayev deyib ki, hazırda Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən digər məktəb binalarının ətrafında da təhlillər aparılır: "Xatırladaq ki, analoji tədbirlər pilot layihə olaraq ötən il 189-190 nömrəli orta məktəbin ətrafında icra edilib. Məktəb binasının ətrafında sürət həddi 30 km/saata endirilib, bəzi küçələrdə parklanma ləvğ edilib, piyadaların, xüsusən də şagirdlərin təhlükəsizliyi üçün səkilərdə dəmir məhəccərlər quraşdırılıb. Yeni piyada keçidləri təşkil edilərək panduslar inşa edilib. İlk dəfə olaraq hərəkətin təhlükəsizliyinin artırılması nəzərə alınaraq yolda xüsusi nişanlanma işləri (Yavaş məktəb) də görülüb".
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)