Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-10 09:57:33
“AMEA-da elmi  istiqamətlər passivdir,  diplomların çoxu saxtadır” – Sərdar Cəlaloğlu “5+1”-də  

AzEdu.az  “5+1” rubrikasını davam etdirir. Rubrika əsnasında, portal əməkdaşlarının hər biri aktual saydıqları təhsil mövzulu  suallarını müsahibə ünvanlayırlar.

Redaksiyanın təhsil məsələləri üzrə çalışan  5  əməkdaşı onları narahat edən sualları  hər dəfə altıncı şəxsə-müsahibə ünvanlayırlar... Yəni, 5+1 formatında qısa söhbət...

Rubrikamızın növbəti qonağı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Nəzrin Rüstəmova: “Yeni qəbul qaydalarına əsasən buraxılış, qəbul imtahanlarının birləşdirilməsi və şagirdlərin kurikulum sistemi ilə imtahan verməsi hansı nəticələri doğuracaq?”

- Buraxılış, qəbul imtahanlarının birləşdirilməsi və şagirdlərin kurikulum sistemi ilə imtahan verməsi heç bir nəticə verməyəcək.  Test imtahanlarında 90% müəllim yalnız bir suala düzgün cavab verirsə, onlar  şagirdə necə dərs keçəcək?! İlk növbədə, müəllim özü savadlı olmalıdır ki, bilikli şagird yetişdirsin.

Biz hər şeydə  forma və struktura qaçırıq, amma əsas məsələ mahiyyətdir. Təhsili düzgün həyata keçirəcək insanlar yetişdirmək lazımdır. Azərbaycan müəllimlərindən tələb olunmur ki, öz ixtisaslarını bilirlər ya yox...

 Elmin Nuri: “Elmlər Akademiyasının fəaliyyətini qənaətbəxş hesab edirsinizmi? Sizcə, AMEA hansı istiqamətlərdə daha passivdir?”

-Elmlər  Akademiyasının fəaliyyəti demək olar ki, Azərbaycan elmini böhran vəziyyətinə gətirib. Ümumiyyətlə belə davam etsə, Azərbaycanda elmdən danışa bilməyəcəyik. AMEA-nın bütün istiqamətləri passivdir. Orada diplomların çoxu saxtadır.

Mayıl Ağaxanov: “Milli Məclisin 2019-cu il iclasları zamanı təhsil haqqında qanuna hansı əlavə və dəyişiklərin olmasını təklif edərdiniz?”

-Milli Məclisin 2019-cu il iclasları zamanı  “Təhsil haqqında” Qanunda heç bir dəyişikliyin olmasını təklif etməzdim. Qanunlar tez-tez dəyişirsə bu o deməkdir ki,  nəsə qaydasında deyil. Qanun bir dəfə verilməli və 50-100 il  davam etməlidir.  

Lamiyə Süleymanlı: “Orta məktəblərdə yeni qaydalara  görə sahibkarlıqla məşğul olmağa icazə veriləcək. Sizcə, bunun nəticələri necə ola bilər?”

-Orta məktəblərin sahibkarlıqla məşğul olması anormal vəziyyətdir. Bütün orta məktəbləri bu bazara çevirəcək. Dünyanın heç bir ölkəsində orta məktəb  bizneslə məşğul olmur.

Günel Yaşarqızı: “Xaricdə oxuyan gənclərin çoxu sonradan oxuduğu ölkələrdə qalıb, öz vətənlərinə gəlmək istəmirlər, bunu nə ilə əlaqələndirirsiz?”

-Xaricdə təhsil alan tələbələr Azərbaycana gələndə işsiz qalırlar ona görə də gəlmək istəmirlər.

Günel Yaşarqızı
Müəllifin digər yazıları