Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-06 14:35:00
Azərbaycanlı müəllim gecə saat 4-də şagirdlərə belə dərs keçdi - VİDEO

ABŞ-da yaşayıb-fəaliyyət göstərən azərbaycanlı müəllim Cəfər Cəfərov maraqlı addımı ilə gündəmə gəlib.

AzEdu.az xəbər verir ki, dünyanın top universiteti “Stenford”un PHD məzunu, Beynəlxalq Riyaziyyat Olimpiadasının qızıl mükafatçısı Cəfər Cəfərov Amerika vaxtı ilə gecə saat 4:06-da Bakıya canlı bağlanaraq azərbaycanlı şagirdlərə “Skype” vasitəsilə beynəlxalq olimpiadalara hazırlıq dərsi keçib. Bu barədə məlumatı və görüntüləri  Təhsil Nazirliyinin rəsmisi  Cəsarət Valehov Feysbuk səhifəsində yayıb:

"Fizika,Riyaziyyat və İnformatika təmayüllü liseyin nəzdində Beynəlxalq Olimpiadalara Hazırlıq mərkəzindəyik.
Müəllimlər Beynəlxalq Kimya olimpiadasının qalibi, Moskva Dövlət Universitetinin aspirantı Milana Ağayeva, Beynəlxalq Riyaziyyat Olimpiadasının qalibi İsmət Ağayev, Beynəlxalq Riyaziyyat Olimpiadasının qalibi, ABŞ- ın Stenford universitetinin PHD məzunu Cəfər Cəfərov, Beynəlxalq Fizika olimpiadasının qalibi Şəmistan Lətifovdur. Bu müəllimlər və olimpiada hazırlığı keçən şagirdlər ölkəmizin qızıl beyinləridir".