Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-04 12:43:00
Lisey və gimnaziyalarda summativlərin keçirilmə qaydaları müəyyənləşdi  

Yanvarın 4-də Təhsil Nazirliyində “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın qəbulu ilə bağlı mətbuat konfransı keçirilib.

AzEdu.az xəbər verir ki, konfransda nazirliyin şöbə müdiri Emin Əmrullayev attestasiya qaydalarını açıqlayıb:

-“Ümumi təhsil müəssisələrinin IV, IX və XI siniflərində bütün fənlər üzrə;

-Ümumi təhsil müəssisələrinin V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə,

-Lisey və gimnaziyaların V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulan  buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilən  maksimum 3 fənn üzrə;

-Ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulan buraxılış imtahanı fənləri üzrə;

-Ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulan buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilən  maksimum 3 təmayül fənni üzrə;

-Lisey və gimnaziyaların X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilən  maksimum 3 fənn üzrə.

-Ümumi təhsil müəssisələrinin V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün və tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində həmin təhsil səviyyəsi üçün nəzərdə tutulan buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilən maksimum digər 3 fənn üzrə də böyük summativ qiymətləndirmə keçirilə bilər.

Hər bir fənn üzrə böyük summativ qiymətləndirmə ibtidai təhsil səviyyəsində 45, ümumi orta və tam orta təhsil səviyyəsində 45-90 dəqiqə ərzində aparılır.

II-III siniflərdə böyük summativ qiymətləndirmə keçirilmir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları