Azedu.az

“Prezident məktəbi rus dilində bitirib, amma Azərbaycan dilində belə gözəl danışır”

Xəbərlər

Məktəblər

8 Dekabr 2025, 12:34
“Prezident məktəbi rus dilində bitirib, amma Azərbaycan dilində belə gözəl danışır”

“Prezidentin AMEA-nın 80 illik yubileyindəki çıxışını mən də dinləyirdim. Çıxışı dinlədikcə düşünürdüm, burada qaldırılan məsələlərlə yanaşı, ondan da əhəmiyyətli odur ki, dövlət başçısı belə səlis, rəvan, zəngin Azərbaycan dilində danışır”.

Azedu.az xəbər verir ki, bunu AYB sədri Anar Rzayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda bildirib.

“Bu, niyə önəmlidir? Çünki cənab İlham Əliyev orta məktəbi də, ali məktəbi də rus dilində bitirib və uzun zaman Moskvada yaşayıb. Amma dilin bütün imkanlarından, leksik zənginliyindən istifadə edərək Azərbaycan dilində belə gözəl danışır”, - AYB sədri bildirib.

Yunanistandan Türkiyeye savaş mesajı - Füzeler hazır hale getirildi
Son xəbərlərDaha çox