Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-05 11:05:00
Gözlərindəki saflıq, ürəklərindəki istəklə “silahlanan” qəhrəman şagirdlər - Təmas xəttindəki məktəbdən FOTOLAR

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə AzEdu.az -ın əməkdaşlarıTərtər rayonunun Qapanlı kəndinə olub.  Səfər zamanı Qapanlı kənd orta məktəbinə və təmas xəttinə yaxın məsafədə yaşayan ailələrə baş çəkilib.  

Əvvəllər Qapanlı kəndində kiçik otaq  məktəb kimi fəaliyyət göstərirdi.

1932-ci ildə kolxoz quruculuğu zamanı kənd sakini Ağa Qarayev Qapanlı kəndinə bitişik Qaradağlı kəndində yaradıcılıq klubunda dərslər təşkil edir. Klubdakı sinif otaqlarının sayı ilbəil artırılaraq, məktəbə çevrilir. Kənddə təhsilli insanlar az olduğu üçün ilk illərdə kənar yerlərdən müəllimlər dəvət olunur.

Kolxoz sədri vəzifəsində çalışan Ağa Qarayevin oğlu İsgəndər Qarayev Bakı Dövlət Universitetinin (o zaman ADU)  Hüquq fakültəsinə daxil olur. Onun təhsili ikinci dünya müharibəsi dövrünə təsadüf edir. Buna görə də İsgəndər təhsilini yarımçıq qoyaraq, müharibəyə yollanır.

Son məktubunda “Berlin uğrunda mübarizədəyik. Burada qan su yerinə axacaq”, – yazan İsgəndərin ailəsinə sonradan “qara kağız” gəlir.

Ağa Qarayev oğlunun təhsilini yarımçıq qoymasından təsirlənərək müəllimləri i təhsilə  cəlb etmək üçün 1941-45-ci illərdə belə bir təklif irəli sürür: Onlar  yaşayış yeri ilə təmin olunurlar.

Yeni məktəb binasının inşasına qədər Qapanlı kənd məktəbi elə həmin klubda fəaliyyət göstərir. Məktəb 2013-cü ildə eyni həyətdə yerləşən digər binaya köçürülür. Aprel döyüşlərindən sonra köhnə məktəb tərəfə keçid məhdudlaşdırılır. Çünki zaman-zaman həmin ərazidə partlamamış mərmilər aşkarlanır.  

Nəticədə, məktəbin həyətində 1-i şagird, digəri isə müəllim olmaqla 2 nəfər həyatını itirir

AzEdu.az Qapanlı kənd orta məktəbindən və təmas xəttinə ən yaxın məsafədə yerləşən evdən fotoları təqdim edir: