XƏBƏRLƏR

29.01.2020 11:07
AzTU ilə Kütahya Dumlupınar Universiteti arasında əməkdaşlıq

Türkiyənin Kütahya Dumlupınar Universitetinin Beynəlxalq Əlaqələr ofisinin əməkdaşları Elif Körpe və Berrin Demir Azərbaycan Texniki Universitetində (AzTU) olublar.

AzEdu.az xəbər verir ki, qonaqlar universitetin rektoru Vilayət Vəliyevlə görüşüblər.

Görüşdə AzTU ilə ERASMUS+ layihəsi və Mövlanə Mübadilə Proqramı çərçivəsində  əməkdaşlıq, həmçinin ikili diplom proqramlarının tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb. 

Sonda hər iki universitet arasında anlaşma memorandumu və Mövlanə Mübadilə Proqramı çərçivəsində əməkdaşlıqla bağlı müqavilə imzalanıb. (Azərbaycan müəllimi)