Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-28 14:26:00
Müəllimlərin nəzərinə-İxtisasartırma kursuna qatılmaq şansı

 

DAAD və Kutaisi Akaki-Tsereteli-Universitetinin Alman dili filologiyası kafedrası universitetlərdə alman dilinin tədrisi ilə məşğul olan müəllimləri “Alman dili dərsində improvizasiya teatrı” adlı ixtisasartırma kursuna dəvət edir.

AzEdu.az xəbər verir ki, müəllimlər kurs müddətində improvizasiya teatrının nəzəri əsasları barədə məlumatlandırılacaqlar. Bununla yanaşı müəllimlər dərslərində istifadə edə biləcəyi teatr nümunələri ilə tanış olacaqlar.

Qeydiyyat üçün aşağıdakı sənədləri alman dilində 2 fevral 2020 saat 23:59-a qədər maxi.bornmann+atsu(at)gmail.com email ünvanına göndərməyiniz tələb olunur:

- CV

- Kursun mövzusuna əsaslanan motivasiya məktubu (maksimum 1 səhifə)

 Qeyd edək ki, daha ətraflı məlumat aşağıdakı elanda göstərilib.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları