Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-24 11:07:00
Polis məktəblərdə uşaq oğurlamaq istəyən qadını AXTARIR - FOTO

Bakıda orta məktəbin qarşısında uşaqları oğurlayan qadının olması ilə bağlı məlumatlar Bakı şəhər Baş Polis İdarəsi tərəfindən nəzarətə götürülüb.

AzEdu.az-ın məlumatına görə, İdarənin Mətbuat xidmətinin rəisi, polis mayoru, Elşad Hacıyev Modern.az-a bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar Bakı şəhər Baş Polis İdarəsinin nəzarətinə götürülüb:

"Tərəfimizdən müvafiq araşdırmalar aparılır".

Xatırladaq ki, "whatsapp" sosial şəbəkəsində Bakıda uşaq oğurlamaqla məşğul olan qadının fotosu paylaşılıb.

Paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində təxminən 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları aldadaraq oğurlamaq istəyib. Ərazidə olan valideynlər qadına mane olublar.