Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-22 13:23:00
Gürcüstanın Baş konsulu da UTECA –dakı imtahanları izləyib

Azərbaycan Texnologiya Universitetində (UTECA) qış imtahan sessiyası ilə bağlı “Açıq qapı” günü keçirilib.

İmtahanın gedişatını valideynlər, repetitorlar, media nümayəndələri ilə yanaşı, UTECA-ya işgüzar səfər məqsədilə gələn Gürcüstanın Gəncədəki Baş konsulu Nikolaz İaşvili izləyib. Universitetin rektoru, professor Akif Süleymanov müşahidəçilərə bildirib ki, UTECA-da ümumi tələbələrin sayı 2622 nəfərdir, imtahanlarda isə 2618 tələbənin iştirakı nəzərdə tutulub. Bunun 135 nəfəri magistr, yerdə qalanı, yəni 2483 nəfəri bakalavrlardır. Rektor əlavə edib ki, suallar bir ay əvvəldən tələbələrə verilir və onlar həmin proqram əsasında hazırlaşaraq imtahanlarda iştirak edirlər.

UTECA-da imtahanlar əsasən test üsulu və yazılı olaraq keçirilir. Bu il pilot olaraq İqtisadiyyat fakültəsinin tələbələrinə ingilis dilindən şifahi imtahan təşkil edilib. Bu addım dil biliyi hazırlığında “listing”in vacibliyi nəzərə alınaraq atılıb.

Valideynlər və media nümayəndələri elektron, daha sonra yazılı imtahan keçirilən auditoriyalarda müşahidə apardıqdan sonra İmtahan Komissiyasının fəaliyyəti, eləcə də nəticələrin yoxlanma mexanizmi, obyektiv qiymətləndirmə sistemi ilə yaxından tanış olublar.

Qeyd edək ki, UTECA-da imtahan otaqları müşahidə kameraları ilə təchiz edilib; İmtahan Komissiyası yaradılıb. Tələbələr, yaxud valideynlər hər hansı xoşagəlməz halla rastlaşarsa, bu komissiyaya və ya universitetin “Qaynar xətt”inə, yaxud da rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərlər.