Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-21 16:34:00
 Rafiq Əliyevlə bağlı iki möhtəşəm kitabın təqdimatı keçiriləcək     

Dünya çapında tanınan alim, professor Rafiq Əliyevə həsr olunan "Su kimi sakit və güclü" kitabının təqdimat mərasimi keçiriləcək.

AzEdu.az xəbər verir ki, adıçəkilən kitab dünya səviyyəli alimin mütəlif illər ərzində yazdığı məqalələr, mətbuata verdiyi müsahibələr və ona ithaf olunan yazılardan ibarətdir. Kitabın tərtibçisi tanınmış şair-publisist Rafael Tağızadədir.

Rafiq Əliyev təqdimat mərasimində adıçəkilən kitabla yanaşı, başqa bir dəyərli elmi əsəri də ictimaiyyətə təqdim edəcək.  Kitab  Rafiq Əliyevin elmi  sələfi, dahi Lütfi Zadə ilə birlikdə yazdığı “Fuzzy Logic Theory and Applications” (Qeyri-səlis məntiq –nəzəriyyə və tətbiqetmələr) monoqrafiyasıdır.  

Qeyd edək ki,   XXI əsr dünya elminin ən nəhəng simalarından biri, əsasını qoyduğu qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmin dünyaya baxışını dəyişən dahi Lütfi Zadənin elmi varisi professor Rafiq Əliyevlə birlikdə yazdığı kitab ötən il işıq üzü görüb və çap olunduğu ilk günlərdə də dünya elmi cameəsi tərəfindən böyük maraqla qarşılanıb.

Dünyanın məşhur və ən nüfuzlu elmi nəşriyyatı olan   “World Scientific”də çapdan çıxan kitab Lütfi Zadənin nə qədər maraqlı da olsa sayca, cəmi ikinci kitabıdır. 

Təqdimat mərasimi 10 fevral saat 18:00-da Xəzər Universitetinin  Mərmər zalında keçiriləcək.  (ünvan: Neftçilər metro-stansiyasının yanı, Məhsəti.41 küçəsi)