Azedu.az

Bakıda maşın məktəblini vurub öldürdü

19 Yanvar 2020, 16:06
Bakıda maşın məktəblini vurub öldürdü

Bakıda məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az  məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

 Mebel daşıyan yük maşını yolu keçən 15 yaşlı şagirdi (ad və soyadı dəqiqləşdirilir-red) vurub. 

Yaralı hadisəni törədən sürücü tərəfindən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. (report.az)

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox