XƏBƏRLƏR

17.01.2020 17:38
Əlyazmalar İnstitutunun elmi-tədqiqat işlərinin planı təsdiqlənib

Yanvarın 17-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elmi şuranın 2020-ci ildə ilk yığıncağı keçirilib.

İnstitutdan AzEdu.az-a bildirilib ki, iclası giriş sözü ilə açan müəssisənin direktoru, akademik Teymur Kərimli gündəlikdə duran məsələlərdən danışıb. Bildirib ki, Əlyazmalar İnstitutunun 2020-ci il üçün nəzərdə tutduğu elmi-tədqiqat işlərinin planı, nəşriyyat işlərinin planı və elmi-kütləvi və mədəni tədbirlərin planı hazırlanıb.

Adıgedən məsələlər haqqında institutun elmi katibi, filologiya üzrə fəlsəfi doktoru, dosent Əzizağa Nəcəfov ətraflı məlumat verib.

Şura üzvlərinin müzakirəsindən sonra plan işləri təsdiqlənib.

İclasda cari məsələlərə də toxunulub, fikir və təkliflər səsləndirilib.