Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-14 09:46:00
"Bu, sadəcə, pedaqoqlara  və uşaqlara qarşı  hörmətsizlikdir"-İmtahan yaradıcısından etiraz

“Dövlət imtahanları şagirdlər və valideynlər üçün yeganə stress məqamı deyil.  Ən çox narahatlıq doğuran, həddindən artıq standartlaşdırılmış imtahan SAT-dır(Akademik bacarıqların yoxlanılması).  Keçən 90 ilin böyük bir hissəsində SAT  kollecə gedən yolda  şagirdlərin aşmalı olduqları başlıca baryer idi.  Amerikada SAT-ın yuxarı sinif şagirdləri arasında yaydığı dəhşətin böyüklüyü imtahana hazırlıq sənayesinin  bir milyarda yaxın gəlir götürməsi üçün münbit şərait yaradıb.

Hələ yeniyetmə olmasına baxmayaraq, Nixil Qoyal ictimaiyyət qarşısında çıxışları, təbliğat fəaliyyəti və kitabları ilə təhsil islahatını müdafiə edən güclü səslərdən birinin sahibi kimi özünü göstərib.

Yuxarı sinif şagirdi olan zaman Nixil ailəsi ilə birlikdə orta sinfə mənsub əhalinin yaşadığı ərazidən daha yüksək gəlirli təbəqənin məskunlaşdığı əraziyə köçür və bununla da SAT-ın  yaratdığı stressin ağuşuna düşür:

“Yeni məktəbimdə kollecə daxil olmaq uğrunda böyük rəqabət var idi. Uşaqların həddindən artıq stress altında, xəstəhal olduqlarını görürdüm. Mənim gözümdə onlar robotdan fərqlənmirdilər. Çox itaətkar idilər, göstərişlərə asanlıqla əməl edirdilər, yaradıcılıqları və maraqları tamamilə tükünmək üzrə idi. Çox sayda uşaq Stokholm sindromundan əziyyət çəkirdi.  Onlar Amerikanın ən imtiyazlı uşaqları idilər və faktiki olaraq mövcud sistemin ən güclü müdafiəçiləri kimi davranırdılar. Səbəb isə  o idi ki, uğur qazanır, yüksək qiymətlər alır, Harvard, Yel və Prinston universitetlərinə gedirdilər”.

Maraqlıdır ki, imtahan hazırlığı sənayesinin əsas oyunçularından biri hazırda test imtahanlarına nifrət edir.  Bu testlərin ölçdüyü bilik və bacarıqlar heç bir dəyər kəsb etmir,-“Princeton Reviev” şirkətinin həmtəsisçisi Con Katzman deyir. -Bu ,sadəcə, pedaqoqlara  və uşaqlara qarşı hədsiz hörmətsizlik və səriştəsizlikdir.

Araşdırmalar, eləcə də məktəbdəki orta qiymətin kollec müvəfəqiyyətini SAT ballarından daha yaxşı proqnozlaşdırdığını göstərən çoxsaylı hesabatlar Katzmanın bu qənaətlərini dəstəkləyir.

1985-ci ildən bəri “FairTest” testlərin şagirdlərin və məktəb sistemlərinin üzərində təsirinin minumuma endirilməsi üçün güclü mübarizə aparır:

“İdeal nəticəmiz bu olardı ki, kollec və ya universitetə, eləcə də bakalavrdan sonrakı pillələrə qəbul üçün, ümumiyyətlə standartlaşdırlımış testlərdən istifadə edilməsin.  Standartlaşdırlımış imtahan məzun olmaq, qiymətin yüksəldilməsi, müvəffəqiyyət dərəcəsi barədə qərarlar və s. qarşısında yeganə etap olmamalıdır.”

Amerika Müəllimlər Federasiyası bu fikirlə razıdır. “Artıq məktəblərimizdə tarazlığı bərpa etməyin vaxtıdır. Təhsilin mərkəzində imtahan yox, öyrətmək və öyrənmək dayanmalıdır,-2012-ci ildə Federasiyanın prezidenti Randi Vaynqartern deyirdi.- Testə əsaslanan təhsil siyasəti pedaqoqları şagirdlərə məzmunun tənqidi təhlilini öyrənmək üçün ayrılmalı vaxtı qurban verməyə,əvəzində diqqətini imtahan üzərində cəmləməyə vadar edir”.

Amerika universitetləri artıq bunun fərqinə varmağa başlayır. Belə ki müvafiq kateqoriyalarda ən yüksək reytinqə malik olan 150-dən çox məktəb SAT və ACR kimi imtahanlardan toplanmış informasiyaya verilən əhəmiyyəti məhdudlaşdırıb.  Yeri gəlmişkən, hətta Qəbul Komissiyası( SAT-ın yaradıcıları) dəyişikliyin zəruri olduğunu başa düşür və 2016-cı ildə testə hərtərəfli şəkildə yenidən baxılacağı elan edilib”.

Ken Robinson “Yaradıcı məktəblər” kitabından.