Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-10 10:21:00
Akademiyada təyinatlar –Yeni direktor və müavinlər

 

AMEA-da kadr dəyişikliyi həyata keçirilib.

AzEdu.az xəbər verir ki, yanvarın 9-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Belə ki, akademik Cavad Abdinov AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika elmləri doktoru Ayaz Bayramov həmin institutun innovasiyalar və transfer üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov isə həmin institutun elmi katibi vəzifələrinə, riyaziyyat elmləri doktoru Ədalət Axundov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə,fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü isə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru  vəzifəsinə təyin ediliblər.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları