XƏBƏRLƏR

09.12.2019 09:24
Meksika kitab oğurluğuna görə Argentinadakı səfirini geri çağırır

Meksikanın Argentinadakı səfiri Oskar Rikardo Valero Buenos-Ayresdə mağazadan kitab oğurluğunda ittihamlarla əlaqədar ölkəsinə çağırılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin başçısı Marselo Ebrard özünün “Twitter”dəki səhifəsində yazıb.

"Mən Etika üzrə komitəyə məşhur mağazadan kitab oğurluğunda ittiham edilən Argentinadakı səfirlə bağlı hadisəni öyrənməyi xahiş etdim. Hələ ki mən ona evə qayıtmaq barədə göstəriş imkan verdim", - deyə Meksikanın Xarici İşlər Nazirliyinin başçısı “Twitter”də yazıb.

“Ateneo” mağazasının müşahidə kamerası 76 yaşlı diplomatın Cakomo Kazanovın tərcümeyi-halını qəzetə bükərək oğurlamağa çalışmasını qeydə alıb. O, mühafizəçilər tərəfindən yaxalanıb və polisə aparılıb.

"Əgər videonun həqiqətə uyğunluğu təsdiq edilsə, o, dərhal vəzifədən kənarlaşdırılacaq", - Ebrard qeyd edib. (Report)