Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-18 10:54:20
Bağçalara niyə bu qədər az uşaq gedir? – Bölgələr üzrə göstərici

Dağlıq Şirvan iqtisadi rayonunda ən az məktəbəqədər təhsil müəssisəsi Qobustanda fəaliyyət göstərir. Burada cəmi 6 belə müəssisə mövcuddur.

AzEdu.az məlumat verir ki, bu barədə Dövlət  Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində qeyd olunub.

Məcmuəyə əsasən, bu bölgədə ən çox məktəbəqədər təhsil müəssisəsi Şamaxıda qeydə alınıb. Burada 21 bağça mövcuddur. Onlarda 1080 azyaşlı təhsil alır.

Say çoxluğuna görə, ikinci yerdə 10 məktəbəqədər müəssisə ilə İsmayıllı gəlir. Burada 390 uşaq təhsil alır. Ağsuda 8 məktəbəqədər müəssisədə 420 azyaşlı oxuyur.

Dağlıq Şirvan iqtisadi rayonunda ən az məktəbəqədər təhsil müəssisəsi isə Qobustanda fəaliyyət göstərir. Burada cəmi 6 belə müəssisə mövcuddur. Bu müəssisələrdə 200 azyaşlı oxuyur.

Bölgədə ən çox sıxlıq Şamaxı, ən az sıxlıq isə İsmayıllıda müşahidə edilib. İsmayıllıda 100 yerə düşən şagird sayı 67, Şamaxıda isə elə 100-dür.

Qeyd edək ki, AzEdu.az Azərbaycanın ayrı – ayrı bölgələrindəki məktəbəqədər təhsil müəssisələri, onların sayı və vəziyyəti ilə bağlı yazıları mütəmadi davam etdirəcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları