Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-13 17:42:00
Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri beynəlxalq festivalda uğur qazanıblar

Belarusun paytaxtı Minskdə uşaq və gənclərin “Sərhədsiz yaradıcılıq” adlı V beynəlxalq festival-müsabiqəsi keçirilib.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, beynəlxalq festivala qatılan 10 ölkənin uşaq və gəncləri rəqs və vokal nominasiyaları üzrə çıxışlar nümayiş etdiriblər.

Festivalda Təhsil Nazirliyinin tabeliyindəki 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri ölkəmizi layiqincə təmsil ediblər.

Mərkəzin beş istedadlı dərnək üzvünün mahnı və rəqs nömrələri qonaqlar tərəfindən alqışlarla qarşılanıb, münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Nəticələrə əsasən, milli rəqs nominasiyası üzrə “Mənim Azərbaycanım” rəqsi 1-ci, vokal nominasiyası üzrə dərnək üzvü Əli Zeynallının ifasında “Azərbaycan” mahnısı isə 2-ci yerə layiq görülüb.

Sonda müsabiqə qalibləri diplomlarla təltif olunublar.

Qeyd edək ki, festival incəsənətin müxtəlif növləri üzrə istedadlı uşaq və gənclərin aşkara çıxarılması və hərtərəfli dəstəklənməsi, yaradıcılıq və beynəlxalq əlaqələrin qurulması və möhkəmləndirilməsi, vokal, xoreoqrafiya sahələri üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədi ilə təşkil olunub.