Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-08 13:44:00
BMU-nun tələbələri Dövlət Bayrağı Günü münasibətilə aksiya təşkil ediblər

Bayrağı Günü münasibətilə aksiya təşkil ediblər. Aksiya çərçivəsində tələbələr universitetin rektoru, professor Havar Məmmədovla görüşüblər.

AzEdu.az xəbər verir ki. professor H. Məmmədov belə bir aksiyaya görə tələbələrə təşəkkürünü bildirib. O, ötən gün Dövlət Bayrağı Günü münasibətilə universitetdə təntənəli tədbirin təşkil olunduğunu xatırladıb. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi bayrağımızın qürur mənbəyimiz olduğunu söyləyən H.Məmmədov hazırda dünyanın 70-ə qədər ölkəsində fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə və səfirliklərdə Azərbaycan bayrağının dalğalandığını diqqətə çatdırıb. Rektor bu günün önəmindən danışaraq, gənclərə tövsiyələrini verib.

Sonda BMU-nun rektoruna rəmzi olaraq Azərbaycanın Dövlət Bayrağı hədiyyə olunub.

Qeyd edək ki, aksiya çərçivəsində tələbələr Bayraq Günü ilə bağlı buklet hazırlayıblar. Bukletdə müstəqilliyimizin əsas atributlarından olan bayrağın yaranması, tarixi və Bayraq Gününün təsis olunması ilə əlaqədar faktlar öz əksini tapıb.