Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-10 12:56:00
Universitetdən Ukraynada öldürülən tələbəmizlə bağlı açıqlama: “Oktyabrın 15-i qayıtmalı idi...”

“Kiyevdə öldürülən tələbə Cavid Hacıyev Azərbaycan Dövlət İqtisad Universitetində magistratura səviyyəsi üzrə II kursda təhsil alıb. Tələbə bu müddət ərzində dissertasiya işi yazmaqla məşğul olur və universitetə gəlib-getmək məcburiyyəti olmur. Hadisə də bu ərəfələrdə baş verib”

Bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin Mətbuat xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova AzEdu.az-a açıqlamasında bildirib. Elnarə Məmmədova qeyd edib ki, Cavid Hacıyev oktyabrın 15-i dissertasiya işi barədə hesabat vermək üçün ali məktəbə qayıtmalı idi:

“Dissertasiya işi yazılan müddətdə tələbələr sərbəstirlər. Onların ali məktəbə gəlib-getmək məcburiyyətləri yoxdur və istədikləri yerə getməkdə azaddırlar. Cavid Hacıyev bu müddətdə Ukraynada dostunun yanına gedib və hadisə də bu zaman baş verib. Hadisənin detalları barədə yalnız ailəsi məlumatlıdır və bizdə heç bir məlumat yoxdur”.

Xatırladaq ki, 23 yaşlı Cavid Hacıyev Ukraynada müəmmalı şəkildə qətlə yetirilib. Hadisənin təfərrüatları araşdırılır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları