XƏBƏRLƏR

24.09.2019 15:12
Magistratura səviyyəsində ən az və ən çox seçilən ixtisaslar – Rəsmi  

Ötən tədris ilində magistratura təhsili alan gənclərin əksəriyyəti iqtisadiyyat və idarəetmə ixtisaslarını seçiblər.

AzEdu.az  xəbər verir ki, bu barədə məlumatlar Dövlət Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində əks olunub.

Göstəricilərdən aydın olur ki, 2018-ci ildə 1701 bakalavr magistratura təhsilini bu ixtisaslar üzrə oxumağı qərara alıb. Ən az magistr sayı isə kənd təsərrüfatı ixtisaslarında müşahidə edilib. Cəmi 117 nəfər dövlət ümumtəhsil müəssisələrində magistratura səviyyəsini bu ixtisaslar üzrə oxumağa qərar verib. 

Dövlət ali təhsil müəssisələrindəki magistr sayında növbəti çoxluq texniki və texnoloji ixtisaslar qrupunda müşahidə edilib. Ötən tədris ilində 995 bakalavr magistratura səviyyəsi üzrə təhsilini bu ixtisaslar üzrə davam etdirib.

636 nəfər təhsil, 584 nəfər humanitar və sosial, 205 nəfər mədəniyyət və incəsənət, 575 nəfər təbiət ixtisasları qrupunu seçib. Səhiyyə, rifah, xidmət ixtisasları qrupunda isə 353 magistr qeydə alınıb.

2017-ci ildə də üstünlük iqtisadiyyat və idarəetmə ixtisasları qrupuna verilib.

Qeyd edək ki, bu statistik göstəricilər dövlət ali təhsil müəssisələrinin magistratura səviyyəsində təhsil alanların sayını əks etdirir.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu