XƏBƏRLƏR

09.09.2019 13:37
"İlin gənc müəllimi-2019" müsabiqəsinin qalibləri bəlli oldu- İlk yerlər və göstəricilər  

"İlin gənc müəllimi-2019" müsabiqəsinin qalibləri müəyyənləşib.

AzEdu.az xəbər verir ki, müsabiqə nəticəsində 152.952 səs çoxluğu ilə  Cəlilabad rayonu, Alar kənd 2 saylı tam orta məktəbin fizika müəllimi Elçin Abbasov “İlin gənc müəllimi” elan edilib.

Müsabiqədə II və III yerləri isə müvafiq olaraq Şahid Muradlı və Elvin Bəkirov qazanıblar.

I yerin qalibi – 1000 AZN, II yerin qalibi – 500 AZN, III yerin qalibi – 250 AZN məbləğində pul mükafatı ilə təltif ediləcəklər.

AzEdu.az final mərhələsində müəllimlərin topladığı səs sayını təqdim edir:

Elçin Abbasov -152.952 səs;

Şahid Muradlı -124.589 səs;

Elvin Bəkirov-90.845 səs;

Mətanət Kərimova -90.251 səs;

Kəmalə Səmədova-18.277 səs;

Nərmin Məmmədova-10.789 səs;

İlahə Həmidova -9.388 səs;

Aynur İbrahimova -3.127 səs;

Pərvin Əşari -2.125 səs;

Ehtiram Safquliyev-2.042 səs.

Əlavə olaraq, səsvermə nəticəsində 5 müəllim də həvəsləndirici yerin qalibi elan olunur. Həvəsləndirici  yer tutan gənclərin hər birinə 100 AZN pul mükafatı təqdim ediləcək. Ümumiyyətlə finala keçən bütün iştirakçılara (10 nəfər) sertifikat və hədiyyə təqdim olunacaq.

Təltifetmə mərasiminin keçirilmə vaxtı və məkanı barədə ətraflı məlumat müəllim və mərasim iştirakçılarına bildiriləcək. Keçənilki ənənəyə sadiq olaraq təltifetmə mərasiminin Milli Məclisdə keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, müsabiqə AzEdu.az Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə təşkil olunur. "İlin gənc müəllimi-2019"müsabiqəsinin məqsədi motivasiya dolu həyat hekayələri olan, ilhamverən faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ortaya çıxarmaq, onları tanıdaraq mükafatlandırmaqdır.

“İlin gənc müəllimi” müsabiqəsi ümumilikdə 3 mərhələdə keçirilib. Əvvəlki mərhələlər barədə ətraflı məlumatla bu link vasitəsilə və “Gənc müəllim” feysbuk səhifəsindən tanış ola bilərsiz.

İlin gənc müəllimi-Müraciət formu