Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-23 17:30:00
"İlin gənc müəllimi-2019" müsabiqəsi başladı – AzEdu.az-ın ortaq layihəsi –ŞƏRTLƏR

"İlin gənc müəllimi-2019"müsabiqəsi başladı.

Bu müsabiqə AzEdu.az Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə təşkil olunur.

"İlin gənc müəllimi-2019"müsabiqəsinin məqsədi motivasiya dolu həyat hekayələri olan, ilhamverən faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ortaya çıxarmaq, onları tanıdaraq mükafatlandırmaqdır.

Müsabiqə böyük Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunur.

AzEdu.az xəbər verir ki, müsabiqə 3 turda keçiriləcək. İlkin olaraq birinci mərhələdə iştirakçılar müraciət formunu doldurmalıdır. Hər bir müəllim şəxsən özü qeyd olunan linkə daxil olaraq ona təqdim olunan sualları cavablandırmalıdır.

I mərhələdə qeydiyyatdan keçmək üçün son tarix: 20.05.2019, saat 17:00

Müsabiqədə yaşı 36-a qədər (35 yaş daxil olmaqla) olan müəllimlər iştirak edə bilərlər.

Müraciət sənədində (google docs) aşağıdakı bölmələr doldurulmalıdır:

- Ad, soyad və ata adınız;

- Doğum tarixi (gün, ay, il) və doğum yeriniz;

- Təhsil aldığınız orta məktəb;

- Təhsil aldığınız ali məktəb, bitirdiyiniz il və ixtisasınız;

- Telefon nömrəniz (votsap nömrəsi də əlavə edin);

- Elektron poçtunuz (e-mail);

- İşlədiyiniz orta məktəb;

- Öz hekayənizi yazın - Fəaliyyətiniz haqda ətraflı məlumatları qeyd edin (hansı metodlarla dərs keçirsiniz, innovativ metodlarınız hansılardır, dərsdən sonra - qeyri-formal tədris çərçivəsində hansı işlər görürsünüz və s.);

- Məktəbdənkənar, cəmiyyət üçün gördüyünüz faydalı işlərinizi qeyd edin;

- Müəllim həmkarlarınıza dəstək olmaq məqsədilə etdiyiniz işlərinizi qeyd edin;

- Sizi bir müəllim kimi digərlərindən fərqləndirən nədir və özünüzü şagirdlərə necə sevdirirsiniz?

- Şagirdlərinizin uğurları və nəticələri (şagirdlərinizin olimpiada, ali təhsil, yarışmalar və d. uğurları - konkret olaraq şagirdinizin adını və uğurlu nəticəsini qeyd edin);

- Sizin öz uğur və imtahan nəticələriniz (ali məktəbə daxil olma balınız və işə qəbulolma balınız, aldığınız mükafatlar, layihələriniz);

- Fəaliyyətlərinizin (dərslər, dərsdənkənar fəaliyyətlər və s.) video keçidləri - Youtube linkləri;

- Sosial şəbəkə hesablarınızın keçidləri (linkləri);

- Şagirdlərinizlə olan 3 foto əlavə edin;

Layihənin icrası 3 mərhələdə həyata keçiriləcək: 1-ci mərhələdə gənc müəllimlər onlar üçün yaradılan formu doldurmalı, özləri haqda ətraflı məlumat qeyd etməlidirlər. 2-ci mərhələdə isə təşkilatçılar tərəfindən müəyyən edilmiş ekspertlər qrupu qeydiyyatdan keçən müəllimlərin məlumatlarını 100 ballıq şkala ilə qiymətləndirəcəklər.

Bu mərhələdə 50 müəllim seçiləcək və ictimaiyyətə elan olunacaq. Onlar arasından isə yalnız 10 müəllim 3-cü mərhələyə (final mərhələsinə) keçə biləcək. Final mərhələsində həmin 10 müəllim AzEdu.az-ın sorğu panelində ictimaiyyət üçün elektron səsverməyə təqdim ediləcək.

Nəticədə, 3 gənc müəllim qalib elan ediləcək.  Digər 5 müəllim isə həvəsləndirici yerin sahibi olacaqlar.

Mükafatlarla bu link vasitəsilə tanış ola bilərsiz.

Qeyd edək ki, “İlin Gənc Müəllimi - 2019” müsabiqəsinin sonunda təqdimat mərasimi keçiriləcək. Keçənilki ənənəyə sadiq olaraq təltifetmə mərasiminin Milli Məclisdə keçirilməsi planlaşdırılır.