Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-06 13:10:00
Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlanıb

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsindən uğurla keçənlərin qeydiyyatı başlanıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən  AzEdu.az-a bildirilib ki, ikinci turda ixtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər sentyabrın 6-dan 10-dək təhsil haqqında sənədin əslini, tibbi arayış, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil, hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Xatırladaq ki, peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci turu avqustun 28-dən sentyabrın 5-dək davam edib. İkinci mərhələdə 5 min 500-ə qədər namizəd qeydiyyatdan keçib, onlardan 3 min 754 nəfəri peşə təhsili müəssisələrinə qəbul olunub.

Sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, belə mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilib. Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə olub. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəbulu müsabiqədənkənar aparılıb.