Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-30 13:17:00
Fransada uşaqlar məktəbə üç yaşından gedəcək

Yeni dərs ilindən etibarən Fransada məktəblər uşaqlar üçün üç yaşından məcburi olacaq.

AzEdu.az xəbər verir ki, bu ilin iyul ayında qəbul edilmiş üç yaşından uşaqların məktəbə yazılmasını məcbur edən qanun sentyabrın 2-dən qüvvəyə minir.

Lakin bu yeni dərs ilində 3-6 yaş arası yalnız 26 000 yeni uşaq məktəbə gedəcək. Çünki bu vaxtadək məcburi olmasa belə 3-6 yaşlı fransalı uşaqların artıq 98 faizi məktəbə gedirdi.