Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-29 09:29:22
Müəllimlərin işə qəbulu üzrə müsahibə nəticələri açıqlandı  

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı.

AzEdu.az xəbər verir ki, təsviri incəsənət və musiqi fənləri üzrə müsahibə mərhələsində iştirak etmək istəyən qeyri-pedaqoji ixtisaslı 106 namizəd tutduqları vakant yerə müddətli müqavilə əsasında təyin ediliblər. Müsabiqədə uğur qazanmış şəxslər sentyabr ayının 6-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Apelyasiya müraciətlərinə isə müsabiqənin əlavə yerləşdirmə mərhələsi başa çatdıqdan sonra baxılacaq.

Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ümumilikdə 54 687 namizəd müraciət edib, onlardan 48 204 nəfər imtahanda iştirak üçün dəvət olunub. 41 288 namizəd isə müsabiqənin imtahan mərhələsində iştirak edib. Vakansiya seçimi mərhələsində iştirak edən 23 609 namizəddən 14 003 nəfər elektron ərizəsini təsdiqləyib.

Müsabiqəyə respublika üzrə ümumilikdə 7 mindən artıq vakant yer çıxarılıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları