XƏBƏRLƏR

25.08.2019 09:31
Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu tarixlərdə aparılacaq

9 illik bazada kolleclərin boş qalan yerlərinə ixtisas seçimi 27 avqust – 2 sentyabr tarixlərində aparılacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, 11 illik bazada boş qalan yerlərə ixtisas seçimi isə 30 avqust - 4 sentyabr tarixlərində həyata keçiriləcək.

İxtisas seçimi elektron formada internet vasitəsilə aparılacaq.

Qeyd edək ki, kolleclərə 11 illik təhsil bazasında abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 23-29 avqust tarixlərində həyata keçiriləcək.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu