Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-24 12:58:00
Alimlər Marsdakı metanın sirrini tapıblar

Kosmik tədqiqatçılar Qırmızı planetin atmosferindəki metanın miqdarını dəqiqləşdirə bildiklərini və konsentrasiyasında dəyişiklik dinamikasını aydınlaşdırdıqlarını söyləyiblər.

AzEdu.az xəbər verir ki, Mars səthində yerləşən nəhəng kraterdən ayrılan metan, planetin səthinin altındakı həyatın və ya digər fəaliyyətin mövcudluğunu göstərə bilər. Qeyl krateri 154 kilometr diametrə malikdir və onun yaşı, təxminən, 3,8 milyard il qiymətləndirilir. Bu yaxınlarda Avstraliya Milli Universitetinin əməkdaşları bütün səylərini Qırmızı planetdəki metanın sirlərini açmağa yönəldiblər. Tədqiqat zamanı onlar Mars atmosferində metanın miqdarının qiymətləndirilməsini və konsentrasiyasında dəyişiklik dinamikasını aydınlaşdırmağa müvəffəq olublar. 

Məlum olub ki, metanın konsentrasiyası daha əvvəl məlum olduğu kimi yalnız mövsümdən asılı olaraq deyil, hər sutka ərzində də dəyişir. (TED.az)