Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-21 10:43:00
Nəticələr bu gün elan olunacaq

2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, sənəd qəbulunun nəticələri günün ikincin yarısında elan olunacaq

Nəticələr namizədlərin sənəd qəbulu zamanı istifadə etdikləri aktiv iş nömrələrinə SMS olaraq göndərilərəcək. Eyni zamanda, namizədlər Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi saytına daxil olmaqla nəticələrini öyrənə bilərlər.  

Xatırladaq ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə “ASAN xidmət” mərkəzlərində elektron qaydada həyata keçirilib.

Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılıb.