Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-19 22:23:00
SAT imtahanında 1480 bal toplayan tələbə ADA-nı seçdi

SAT imtahanı üzrə 1480 bal toplayan Fatimə Davudlu ABŞ və Avropada təqaüdlə oxumaq fürsəti qazansa da, ADA Universitetinin biznesin idarə edilməsi ixtisası üzrə təhsil almağa qərar verib.

Universitetdən  AzEdu.az-a verilən məlumata görə,  Fatimə Davudlu bu ilin may ayında ADA-da keçirilən “Akademik məqsədlər üçün ingilis dili” olimpiadasında iştirak edərək fərqlənən on tələbədən biri olub.

ADA Universitetinin təqdim etdiyi təhsilin dünya standartlarına cavab verdiyini deyən Fatimə Davudlu keyfiyyətli təhsili ölkəmizdə də ala biləcəyinə əmin olduğu üçün bu ali təhsil müəssisəsini seçdiyini bildirib.