Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-15 17:29:00
Kolleclərə qəbul olmaq istəyən 2500-dən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib

Tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi davam edir.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 16:45-dək kolleclərə qəbul olmaq üçün 2534 (Azərbaycan bölməsi – 2433, rus bölməsi – 101) abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib.

Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5‑ci nömrəsində dərc edilib.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.