Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-22 09:39:00
Rezidenturaya ixtisas seçimi bu gün başa çatır

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır. 

AzEdu.az xəbər verir ki, seçimlər bu gün 23:59-dək davam edəcək.

Müsabiqə şərtini ödəyən namizədlər elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunan "Rezidenturaya qəbul aparılan ixtisaslar" bölümündən (səh. 5-7) seçib təsdiq etməlidirlər. 

Xatırladaq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri  dərc edilib.