XƏBƏRLƏR

19.07.2019 10:15
Universitet yaxınlığında partlayış olub - Ölənlər və yaralananlar var

Əfqanıstan paytaxtı Kabildə bu gün baş vermiş partlayış nəticəsində azı 6 nəfər ölüb, 26 nəfər yaralanıb.

AzEdu.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Pajhwok" agentliyi məlumat verib.

Partlayış Kabil Universitetinin yaxınlığında imtahan verməyə hazırlaşan tələbələrin binanın girişində yığışdığı zaman baş verib.

1TV telekanalının məlumatına görə, avtomobilə bərkidilmiş partlayıcı qurğu işə salınıb. 

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

İlin gənc müəllimi-Müraciət formu