Azedu.az

MİQ-dən 96 bal toplayan namizəd: "İmtahana 4 ay ərzində hazırlaşdım"

MİQ

3 Avqust 2026, 12:47
MİQ-dən 96 bal toplayan namizəd: "İmtahana 4 ay ərzində hazırlaşdım"

2026-2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsi yekunlaşıb.

MİQ imtahanında yüksək nəticə göstərən namizədlər arasında Tərgül İbrahimova da yer alıb.

O, ingilis dili üzrə emsal tətbiq edilmədən mümkün olan ən yüksək nəticəni göstərərək 96,25 bal toplayıb.

AzEdu.az Tərgül müəllimlə həmsöhbət olub.

İmtahana 4 ay hazırlaşmaq mənim üçün kifayət etdi:

"İmtahana 4 ay ərzində müəllimlərlə birlikdə hazırlaşdım. İmtahanın səviyyəsi orta-çətin idi və düşündürücü suallar kifayət qədər çox idi. Məndə əvvəldən müəyyən baza olduğu üçün 4 ay hazırlıq mənim üçün kifayət etdi. Əks halda isə düşünürəm ki, proqramı tam mənimsəmək üçün daha uzun müddət hazırlaşmağa ehtiyac var".

İranda ŞOK GÖRÜNTÜLƏR - Ermənistan bayraqları qaldırıldı
Son xəbərlərDaha çox