2026-2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul prosesi iyulun 23-dən başlayıb.
AzEdu.az indiyə qədər neçə şagirdin peşə təhsili müəssisələrinə qəbul olması üçün ixtisas seçimini təsdiq etdiyini öyrənmək üçün Peşə Təhsili Üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirlib ki, bu günə kimi 20 010 nəfər şagird ixtisas seçimini təsdiq edib.
Qeyd edək ki, peşə təhsil müəssisələrinə qəbulun birinci mərhələsi üzrə ixtisas seçimi avqustun 10-a qədər davam edəcək.